“Qəbələ”nin futbolçusu Emil Səfərov Azərbaycan milli komandasında növbəti oyununu keçirib. 21 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin Avstriya ilə evdəki matçında iştirak edib.
Səfərov Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olub. Bu, yarımmüdafiəçinin ötən ay debüt etdiyi millidə 3-cü oyunu olub.
Xatırladaq ki, yığmamız bu görüşdə 0:1 hesabı ilə uduzub.