“Qəbələ”nin 7 futbolçusu Azərbaycanın U-16 milli komandasına çağırılıb. Bunlar Nuğay Rəşidov, Emil Süleymanov, Farid Qələndərov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə, Namiq Şamilov və Sahil Həsənovdur. Onlar iyunun 3-dən 9-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.
Klubumuzun daha bir üzvü Veysəl Rzayev də yığmaya cəlb olunub. O, təlim-məşq toplanışını Qəbələdə davam etdirən 19 yaşadək futbolçulardan ibarət milliyə qoşulub.