Səkkiz futbolçumuz U-17-də
Xəbərlər / 19 Aprel 2021 | 16:59149
Səkkiz futbolçumuz U-17-də

“Qəbələ”nin 8 futbolçusu Azərbaycanın U-17 yığmasına çağırılıb. Bunlar Məmməd Muradov, Samir Ağayev, Murad Musayev, Ravil Qafarov, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Eşqin Əhmədov və Sənan Ağalarovdur. Onların heyətində yer aldığı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışında olacaq. Yığmamız aprelin 20-dən 30-dək Bakıda hazırlıq keçəcək.