Səlahət Ağayev milli komandada
Xəbərlər / 18 Sentyabr 2022 | 23:27402
Səlahət Ağayev milli komandada

Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin qapıçısı Səlahət Ağayev də yığmaya çağırılıb.

Qolkiper komandamızın UEFA Millətlər Liqasında keçirəcəyi son iki görüş üçün heyətdə yer alıb. Millimiz sentyabrın 22-də Trnavada Slovakiya, üç gün sonra Bakıda Qazaxıstanla qarşılaşacaq.