Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin qapıçısı Səlahət Ağayev də yığmaya çağırılıb.
Qolkiper komandamızın AVRO-2024-ün seçmə mərhələsində keçirəcəyi ilk iki görüş üçün heyətdə yer alıb. Millimiz martın 24-də Avstriya, 27-də isə İsveç yığması ilə qarşılaşacaq. Hər iki görüş səfərdə baş tutacaq.