«Səyahət» filmi işıq üzü gördü
Xəbərlər / 3 Dekabr 2012 | 15:26274
Azərbaycan futbolunun Avropada təbliğinə xüsusi diqqət yetirən “Qəbələ” FK bu istiqamətdə daha bir layihəni tamamlayıb. Belə ki, İngiltərəli rejissor və yazar Tom Vatt və quruluşçu operator Simon Bissetin “Qəbələ” FK haqda çəkdikləri qısametrajlı film - "Səyahət" filmi işıq üzü görüb. Xatırladaq ki, filmlə bağlı Azərbaycana səfər edən Vatt Bakıda və Qəbələdə çəkilişlər aparmışdı. Filmin çəkilişlərində klub prezidentinin müşaviri Toni Adams da iştirak etmişdi. Filmi sizlərə təqdim edirik.