Topaz Premyer Liqasında XVIII turun rəmzi komandası açıqlanıb. “Qəbələ”nin iki futbolçusu “11-liy”ə daxil edilib. Bunlar müdafiəçi Amin Seydiyev və hücumçu Ceyms Adeniyidir. Onlar “Keşlə”yə qarşı ev matçında (0:0) göstərdikləri oyuna görə rəmzi komandada yer alıblar. Amin ilk dəfə turun “11-liy”inə düşürsə, Ceyms mövsümdə 5-ci dəfə fərqlənənlər sırasında qərarlaşıb.