«Simurq» matçının hazırlıqları davam edir
Xəbərlər / 26 Sentyabr 2013 | 06:22247
«Simurq» matçının hazırlıqları davam edir

"Qəbələ"-"Rəvan" (3:0) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" sentyabrın 23-dən etibarən Premyer Liqanın növbəti - VIII turunun hazırlıqlarını davam etdirir. "Simurq"la qarşlaşacaq "Qəbələ" baş məşqçi Yuri Syominin rəhbərliyi altında doğma məkanda gündəlik 2 məşqə çıxır. Hazırlıq prosesində hazırda bərpa prosesi keçən Rail Məlikovdan başqa bütün futbolçular iştirak edir. 
Xatırladaq ki, "Simurq"-"Qəbələ" matçı sentyabrın 29-u saat 18:00-da baş tutacaq. Qarşılaşma paytaxtda - "Şəfa" stadionunda keçiriləcək. 

“Simurq” – “Qəbələ”
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Səfər Haşımov
“Şəfa” stadionu, 18:00