«Simurq»-«Qəbələ» matçında hesab açılmadı
Oyun icmalı / 28 Fevral 2014 | 13:20840
«Simurq»-«Qəbələ» matçında hesab açılmadı

"Simurq"-"Qəbələ" 0:0

28 fevral 2014. Saat 15:00. Zaqatala şəhər stadionu. 2700 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Vaqif Musayev
Dördüncü hakim: Mahir Məmmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Nicat Qurbanov, 39 (qeyri-idman hərəkəti); Benjamin Lambot, 58 (qeyri-idman hərəkəti); Anderson Oliveyra, 90 (qeyri-idman hərəkəti) // Luiz Hilario, 90+1 (qeyri-idman hərəkəti) 
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

Premyer Liqanın XXIV turunda "Qəbələ" səfərdə "Simurq"la qarşılaşdı. Ötən tur qolsuz heç-heçə ilə kifayətlənən tərəflər hesabat turunda qələbə qazanaraq turnir cədvəlindəki mövqelərini möhkəmləndirmək niyyətində idilər.
Matç tərəflərin ehtiyatlı hücumları ilə start götürdü. Tədricən üstünlüyü ələ alan meydan sahibləri matçın əvvəllərində bir neçə fərqlənmək imkanı yaxalasalar da, hesabı aça bilmədilər. "Simurq"a bir neçə tutarlı hücumla cavab verən "qırmızı-qaralar"ın da səyləri fayda vermədi. İkinci hissə də eyni ssenari ilə davam etdi. Hissənin ən təhlükəli epizodu isə Leonardo da Silvanın adına yazıldı. Braziliyalı qapıçı ilə üz-üzə qalsa da, onu məğlub etməyi bacarmadı. Beləliklə, "Simurq"-"Qəbələ" matçı başladığı hesabla da yekunlaşdı - 0:0.

“Simurq”

1. Pavel Kapsa
2. İlkin Qırtımov (k)
5. Anderson Oliveyra
10. Rəşad Eyyubov
11. Draqan Çeran
15. Stepan Polyak
18. Tural Axundov
20. İdan Vaytsman
26. Benjamin Lambot
30. Raul Kostin 
(9. Mindauqas Kalonas, 78)
77. Nicat Qurbanov 
(7. Ruslan Poladov, 68)

Ehtiyat oyunçular:

35. Amil Ağacanov
4. Dilaver Zrnanoviç
6. Taqim Novruzov
21. Murad Səttarlı
22. Salif Ballo

Baş məşqçi: George Çixradze

“Qəbələ”

1. Kamran Ağayev
3. Nikola Valentiç
6. Volodimir Levin (k)
9. Viktor Mendi
10. Luis Hilario
14. Lorenzo Ebesilio
(8. Nizami Hacıyev, 84)
16. Ruslan Tağızadə
(34. Ürfan Abbasov, 90+2)
18. İbrahima Niasse
31. Daniel Subotiç
36. Elnur Allahverdiyev
42. Leonardo da Silva 
(7. Marat İzmaylov, 69)

Ehtiyat oyunçular:

27. David Pietrzkeviç
4. Amid Quluzadə
11. Yannik Kamanan
22. Lourival Assis

Baş məşqçi: Yuri Syomin