“Qəbələ”nin UEFA Gənclər Liqasının 1/32 final mərhələsində keçirəcəyi oyunun vaxtı dəqiqləşib. Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşması martın 4-də baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Qarşılaşma Şimali Makedoniya Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində keçiriləcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu
1/32 final
4 mart
16:30. “Şkendiya” (Şimali Makedoniya) – “Qəbələ” (Azərbaycan)
Skopye. Şimali Makedoniya Futbol Federasiyasının Təlim-Məşq Mərkəzi