Sloveniya gündəliyi – 03.07.2018
Xəbərlər / 4 İyul 2018 | 00:58247
Sloveniya gündəliyi – 03.07.2018

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Sloveniyada təşkil olunan toplanışın 14-cü gününü başa vurub. Komandamız günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesi günün ikinci yarısında baş tutub. Öncə fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu çalışmaları icra edib.