Sloveniya Gündəliyi - 19.07.2012 -Fotoreportaj
Xəbərlər / 19 İyul 2012 | 22:13243
Sloveniyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” təlim-məşq prosesinin yeddinci gününü iki məşqlə yekunlaşdırıb. Günün birinci yarısında baş tutan məşqdə əsasən fiziki çalışmalar yerinə yetirilib. İlk məşq ikitərəfli matçla sona çatıb. Günün ikinci yarısında isə əsasən toplu çalışmalara üstünlük verilib. Təlim-məşq prosesinin yeddinci gününə ikitərəfli oyun və müxtəlif məsafələrdən qapıya zərbələrlə yekun vurulub.
Hazırlıq posesində zədəsi olan Rəşid Əmiraslanov iştirak etməyib.