Sloveniya Gündəliyi - 20.07.2012
Xəbərlər / 20 İyul 2012 | 23:25280
Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” təlim-məşq prosesinin 8-ci gününü bir məşqlə tamamlayıb. Günün ilk yarısında baş tutan məşqdə həm fiziki, həm də toplu məşqlərə yer verilib. Bundan əlavə futbolçular baş məşqçinin xüsusi tapşırıqları üzərində çalışıblar. Məşqə futbolçuların və məşqçilərin iştirakı ilə keçilən tennis-ball oyunu ilə yekun vurulub.
Hazırlıq prosesində zədəsi olan Bruno da Silva və Rəşid Əmiraslanov iştirak etməyiblər.