Sloveniya Gündəliyi - 20.07.2012 - Fotoreportaj
Xəbərlər / 22 İyul 2012 | 20:20216
Sloveniyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” təlim-məşq prosesinin 10-cu gününü iki məşqlə yekunlaşdırıb. Günün birinci yarısında baş tutan məşqdə əsasən fiziki çalışmalar yerinə yetirilib. İlk məşq ikitərəfli matçla sona çatıb. Günün ikinci yarısında isə əsasən toplu çalışmalara üstünlük verilib. Sözügedən prosesdə bir gün öncə keçirilən “Qəbələ” – “Rad” qarşılaşmasının ilk 11-liyi yer almayıb. Təlim-məşq prosesinin 10-cu gününə ikitərəfli oyunla yekun vurulub.
Zədəsi sağalmaqda olan Bruno da Silva və Rəşid Əmiraslanov komandadan ayrı məşq ediblər.