“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Sloveniyada təşkil olunan təlim-məşq toplanışının 6-cı gününü başa vurub. Komandamız günü iki məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hər iki məşq fiziki və toplu çalışmalardan ibarət olub.