“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. Komandamız Sloveniya toplanışının 10-cu gününü başa vurub. “Qırmızı-qaralar” günü bir məşqlə yekunlaşdırıb. Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə dünən keçirilən yoxlama oyununda (0:2) meydana çıxan futbolçular
bərpaedici, fiziki çalışmaları yerinə yetirib. Matçda oynamayan futbolçular isə öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmaları icra edib.