Misli Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyunundan (0:1) sonra komandamızın məşqçisi Giorgi Çixradzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“İlk növbədə onu demək istərdim ki, “Sabah”la biz fərqli məqsədlər uğrunda mübarizə aparırıq. Onlar çempionluğu hədəfləyibsə, bizim məqsədimiz liqada qalmaqdır. Oyun da 2 fərqli hissədə keçdi. İlk yarıda bir qədər passiv oynadıq. Lakin əsas odur ki, qol buraxmadıq. Bir neçə təhlükəli epizodlarımız da oldu. İkinci hissədə isə daha yaxşı oynadıq. Lakin hissənin əvvəlində adi vəziyyətdə qol buraxdıq. Qoldan sonra daha aktiv və aqressiv oynamağa başladıq. Sona qədər mübarizə apardıq. Matçın axırlarında mübahisəli epizoddan qol da vurduq. Lakin son nəticə məğlubiyyət oldu”.