“Sonadək mübarizə aparacağıq”
Xəbərlər / 29 Mart 2024 | 20:211506
“Sonadək mübarizə aparacağıq”

Misli Premyer Liqasının XXVIII turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Sizi gürcüstanlı mütəxəssisin fikirləri ilə tanış edirik:

 

“Böyük üstünlüyə malik idik. Məzmun baxımından çox yaxşı futbol oynadıq. Çox sayda qol epizodu yaratdıq. Amma buna görə üç xal verilmir. Qol vurmaq lazımdır. Yaradılan qol imkanlarından yararlana bilməyəndə uduzursan. 100 faizlik qol epizodlarının qaçırılması ağırdır. Belə oyunla uduzandan sonra çox çətindir. Oyun planında hər şey yaxşı qurulub. Rəqiblər yarımqol epizodundan yararlanır. Samuel Tetteh və Klesio Bauk bu matçda komandamıza qələbə qazandıra bilərdilər. Futbolçumuz 10 metrdən boş qapıya düşməyəndə bir anlıq əsəbiləşdim. Bu, adi emosiyalardır və meydanda qalır. Şansımız qalır, sonadək mübarizə aparacağıq. Futbolçuları növbəti matça maksimal dərəcədə hazırlamalıyıq. Daha çox çalışmalıyıq”.