“Sonadək mübarizə aparacağıq”
Xəbərlər / 15 Avqust 2025 | 20:3713488
“Sonadək mübarizə aparacağıq”

Misli Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Sizi gürcüstanlı mütəxəssisin fikirləri ilə tanış edirik:

 

“Futbolda belə olur. Böyük hesabla qalib gəlməli olan komanda qələbə qazana bilmir. İlk matç idi. Komandamızda gənc futbolçular çoxdur. Onlar 100 faizlik imkanlar qazandılar. Bir az soyuqqanlılıq çatmır. Bu da təcrübə ilə gəlir. Buna görə qələbə qazana bilmədik. Futbolçularımdan çox razıyam. Çox yaxşı futbol oynadıq. Daha üstün idik. Çox imkanlarımız oldu, 3-4 yox, hətta 6-7 qol vura bilərdik. Futbolçularıma təşəkkür edirəm. Bütün futbolçulara şans verməliyik. Sonradan meydana daxil olan oyunçular komandaya uyğunlaşmalıdır. Hədəfimiz hər oyunda yaxşı oynamaq və Premyer Liqada möhkəmlənməkdir. Addım-addım irəliləməliyik. Heç bir rəqibdən çəkinmirik. Öz oyun üslubumuz var və sonadək mübarizə aparacağıq”.