«Sonadək mübarizə aparmağa çalışacağıq»
Xəbərlər / 8 Dekabr 2022 | 23:181632
«Sonadək mübarizə aparmağa çalışacağıq»

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçından (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı baş tutub. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Komanda oyuna yaxşı köklənmişdi. Bunu məşq prosesində də hiss edirdik. Düşünürəm ki, hamı oyundan zövq aldı. Dinamika baxımından da maraqlı matç oldu. Beş gündən bir oynayacağıq. Kubokda az da olsa, şansımız qalır. Daha yaxşı bərpa prosesi keçib qarşıdakı görüşə hazırlaşacağıq. “Qarabağ”a qarşı komandam mənə oyun baxımından sürpriz etdi. Mən istədiyimi meydanda görürdüm. Məğlub ola da bilərdik. Komandanın oyunundan razıyam. Düşünürəm ki, bu gün baxımlı oynadıq. Əgər şans varsa, sonadək mübarizə aparmağa çalışacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, növbəti mərhələyə keçək. “Qarabağ” bu cütün favoritidir”.