«Sonadək mübarizə aparmaqla turu keçməyə çalışacağıq»
Xəbərlər / 9 İyul 2014 | 11:26175
«Sonadək mübarizə aparmaqla turu keçməyə çalışacağıq»

UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində baş tutacaq cavab oyunu - "Şiroki Briyeq"-"Qəbələ" matçı öncəsi "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanunun iştirakı ilə mətbuat konfransı keçirilib. Konfrans zamanı yerli jurnalistlərin suallarını cavablandıran rumıniyalı mütəxəssis aşağıdakı fikirləri səsləndirib:

"İlk matçda Qəbələdə 0:2 hesabilə məğlub olduğumuza görə cütün favoriti "Şiroki Briyeq"dir. Amma nəzərə alaq ki, rəqib hər iki qolu bizim səhvlərdən yararlanaraq vurdu.  Oyunu ətraflı analiz etmişik. Sabah bu səhvləri təkrarlamadan və sonadək mübarizə aparmaqla turu keçməyə çalışacağıq. İtirəcək heç bir şeyimiz olmadığına görə əsasən hücumu düşünəcəyik. Rəqibimiz yaxşı təşkilatlanmış kollektivdir. Onların futbolçularından kimisə fərqləndirmək istəməzdim".