Premyer Liqanın XI turu çərçivəsində baş tutan “Qəbələ” – “Bakı” (1:1) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Təəssüf ki, ev oyununda 3 xal qazana bilmədik. Nəticədə bir xalla kifayətləndik. Bu bizi qane etmir. Rəqib demək olar ki, bir real qol epizodu yaratdı. Bir dəqiqəlik diqqətsizlik qapımıza qol vurulmasına səbəb oldu. İkinci hissədə çox çalışsaq da, sonuncu zərbəni vura bilmədik. Qazanılan 1 xal isə, sözsüz ki, heç kimi razı sala bilməz”.