Sotomayor və Şahsuvarlıdan qızıl medal
Xəbərlər / 12 Mart 2016 | 13:51143
Sotomayor və Şahsuvarlıdan qızıl medal

Bakıda kişi boksçular arasında “İpək yolu” beynəlxalq turniri keçirilib. Yarışda iştirak edən Azərbaycan milli komandasının heyətində “Qəbələ” İdman Klubunun üzvləri də mübarizə aparıblar. Boksçularımız turnirdə 2 qızıl medal qazanıblar. 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor bütün rəqiblərinə qalib gəlib, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamran Şahsuvarlı isə eyni uğuru 75 kq çəki dərəcəsində əldə edərək, qızıl medal əldə edib.
Xatırladaq ki, Bakıda keçirilən turnir apreldə Türkiyədə baş tutacaq olimpiya lisenziyalı yarışa hazırlıq xarakteri daşıyıb.