Standart vəziyyətlərin Mahir ifaçısı
Xəbərlər / 27 Fevral 2012 | 20:00701
Standart vəziyyətlərin Mahir ifaçısı

“Qəbələ”nin kapitanı Mahir Şükürov Azərbaycan milli komandasının heyətindəki uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. Milli komandanın Dubayda təşkil olunmuş təlim-məşq toplanışında meydançaya çıxdığı hər iki oyunda – Sinqapur və Hindistanla qarşılaşmalarda fərqlənən Şükürov yığmada vurduğu qolların sayını 3-ə çatdırıb. Maraqlıdır ki, milli komandanın heyətində 56 dəfə meydançaya çıxan Mahir keçirdiyi son 4 oyundan 3-də fərqlənib. “Qəbələ”nin kapitanı ilk qolu aktivinə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstana (3:2) qarşı Bakıda keçirilən görüşdə yazmışdı və Azərbaycanın asiyalılar üzərində qələbəsində böyük pay sahibi olmuşdu. Mahir Türkiyə ilə səfər matçında uğur qazana bilməsə də, 2012-ci ilin ilk rəsmi qarşılaşmasında – Sinqapurla oyunda (2:2) “qol orucu”nu pozdu. Milli komandanın Hindistanı 3:0 hesabilə məğlub etdiyi matçda da Şükürov meydançanı “əliboş” tərk etmədi. Xatırladaq ki, Mahir Şükürov karyerası ərzində vurduğu hər 3 qol standart vəziyyətlərdən reallaşıb – 2 penalti (Qazaxıstan, Hindistan) və 1 cərimə zərbəsi (Sinqapur).

 

Oyun

Start heyətində

Kapitan

Dəq

Qol

Penalti/dəqiq

Sarı

Qır

CƏMİ

56

50

3

4441

3

2/2

11

-

DÇ-2006

9

8

-

735

-

-

3

-

AÇ-2008

-

-

-

-

-

-

-

-

DÇ-2010

8

8

1

720

-

-

2

-

AÇ-2012

7

7

-

630

1

1/1

2

-

SEÇMƏ MƏRHƏLƏLƏRDƏ

24

23

1

2085

1

1/1

7

-