Azərbaycan Premyer Liqasının XI turunun təxirə salınmış "Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəqiqləşib. Görüş noyabr 30-da keçiriləcək. Matç Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.
Xatırladaq ki, noyabrın 28-nə nəzərdə tutulan oyun bəzi futbolçuların COVİD-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınıb.