“Sumqayıt” - “Qəbələ”: 50-ci duel
Xəbərlər / 23 May 2024 | 15:351079
“Sumqayıt” - “Qəbələ”: 50-ci duel

Bu həftə Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq. “Qəbələ” son matçında “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar” XXXVI turun oyununa səfərdə çıxacaq.

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma iki rəqib arasında 50-ci duel kimi tarixə düşəcək. Komandalar indiyədək 49 matçda qarşılaşıb. “Qırmızı-qaralar” bu qarşılaşmalarda üstünlüyə malikdir. 

 

Hesabında 27 qələbə olan “Qəbələ” 15 heç-heçə edib və 7 dəfə məğlub olub. Rəqib qapısından 74 top keçirən komandamız 37 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub. 

 

Premyer Liqa çərçivəsində baş tutan 46 görüşdə 25 dəfə üç xal qazanan “Qəbələ” 14 sülhə imza atıb. 7 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 71-36-dır. Digər üç duel ölkə kubokuna təsadüf edib.

 

Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 22 oyunda 9 dəfə qalib gəlib. 9 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri qələbəyə seviniblər. Səfərdə 31 top vuran futbolçularımız 20 top buraxıblar.

 

Qeyd edək ki, mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü saat 19:00-da başlayacaq. 

 

“Sumqayıt” - “Qəbələ”: Bütün oyunlar

2011/12 mövsümü

 14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2

Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41

04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1

Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39

2012/13 mövsümü

26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1

Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18

8.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Viktor Mendi, 39

2013/14 mövsümü

19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12

25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Daniel Subotiç, 24, Dodo, 63

02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3

Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57

17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7

2014/15 mövsümü

24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40

18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)

08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Viktor Mendi, 23, 34

08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2

Aleksey Qay, 39, Viktor Mendi, 41

2015/16 mövsümü

21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Aleksey Qay, 90+2 (p.)

21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 -  Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71

14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Ermin Zets, 69

09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Aleksey Qay, 65 -  Pərdis Fərcad-Azad, 85 (p.)

2016/17 mövsümü

22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Baqali Dabo, 85; 90

25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.)  -  Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1

Vitali Vernidub, 58  -  Məhəmməd Qurbanov, 53 

29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29  -  Asif Məmmədov, 40

2017/18 mövsümü

20.08.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Tellur Mütəllimov, 40

14.10.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Famoussa Kone, 29

02.04.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Stiven Monroz, 55 - Nicat Qurbanov, 83

12.05.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:2

Baqali Dabo, 37; Cavid Hüseynov, 88 

2018/19 mövsümü

25.08.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Təmkin Xəlilzadə, 43 (p.) - Yusif Nəbiyev, 90+3

27.10.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 2:2

Şəhriyar Əliyev, 7, 19 - Stiven Monroz, 42; Atakora Lalavele, 56 

03.02.2019. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:0

Stiven Monroz, 84

11.05.2019. Premyer Liqa. Sumqayıt – Qəbələ – 1:0

Ülvi İsgəndərov, 68

19.05.2019. Azərbaycan Kuboku. Qəbələ – Sumqayıt – 1:0

Stiven Monroz, 3

2019/20 mövsümü

17.08.2019. Premyer Liqa. Qəbələ – Sumqayıt – 0:2

Mehdi Şərifi, 13, 26

08.12.2019. Premyer Liqa. Sumqayıt – Qəbələ – 1:1

Peyman Babayi, 31 (p.) // Fernan Lopez, 23

07.03.2020. Premyer Liqa. Qəbələ – Sumqayıt – 5:0

Nikolas Raysel, 34, 89 (p.); Amin Seydiyev, 37; Rövlan Muradov, 52; İviça Juniç, 63

2020/21 mövsümü

03.10.2020. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Rafael Utriq, 44 // Əli Qurbani, 26

30.11.2020. Premyer Liqa. Sumqayıt  – Qəbələ – 0:1

Rafael Utriq, 16

25.02.2021. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:0

Ceyms Adeniyi, 51

16.04.2021. Premyer Liqa. Sumqayıt – Qəbələ – 2:0

Rəhim Sadıxov, 66; Əli Qurbani, 75

2021/22 mövsümü

26.09.2021. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:0

21.11.2021. Premyer Liqa. Qəbələ – Sumqayıt – 2:1

Ülvi İsgəndərov, 65; Rafael Utziq, 67 // Höccət Haqverdi, 80

02.02.2021. Azərbaycan kuboku. Sumqayıt – Qəbələ – 0:1

İsnik Alimi, 26 (p.)

13.02.2021. Azərbaycan kuboku. Qəbələ – Sumqayıt – 1:1

İsnik Alimi, 18 // Araz Abdullayev, 82 (p.)

27.02.2022. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:4

Rafael Utziq, 2; Ruan Renato, 39; Rövlan Muradov, 41; Murad Musayev, 68

15.04.2022. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

İsnik Alimi, 88 // Araz Abdullayev, 17

2022/23 mövsümü 

17.09.2022. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:0

Ramon Maçado, 7

29.11.2022. Premyer Liqa. Sumqayıt – Qəbələ – 1:1

Todor Todorski, 79 // İsnik Alimi, 74 (p.)

18.02.2023. Premyer Liqa. Qəbələ – Sumqayıt – 2:1

Ülvi İsgəndərov, 45; Rafael Utziq, 56 // İsnik Alimi, 85 (ö.q)

23.04.2023. Premyer Liqa. Sumqayıt – Qəbələ – 2:3

Vüsal İsgəndərli, 58; Kərim Abubakar, 63 // Omar Hani, 74; Emil Səfərov, 78; Ramon Maçado, 90+4

2023/24 mövsümü

19.08.2023. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:2

Osama Xalayla, 53 // İsa Suliman, 3; Kamran Aliev, 31

29.10.2023. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:0

23.01.2024. Premyer Liqa. Qəbələ – Sumqayıt – 0:1

Kasimir Ninqa, 74 (p.)