Topaz Premyer Liqasında VIII turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Kapital Bank Arena”da “Sumqayıt” ilə görüşəcək “Qəbələ”nin də matçına təyinatlar bəlli olub. Oktyabrın 14-də keçiriləcək oyunu Rauf Cabbarov idarə edəcək. Onun köməkçiləri Elman Musayev və Nahid Əliyev olacaq. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın AFFA nümayəndəsi Sakin Məmmədzadə, hakim-inspektor Asim Xudiyev olacaq.
Xatırladaq ki, oktyabrın 14-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Qəbələ” matçı saat 18:00-da başlayacaq.
Topaz Premyer Liqası
VIII tur
14 oktyabr (şənbə)
18:00. “Sumqayıt” – “Qəbələ”
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Elman Musayev, Nahid Əliyev
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”