«Sumqayıt» - «Qəbələ» matçının vaxtı müəyyənləşdi
Xəbərlər / 25 Sentyabr 2023 | 23:221650
«Sumqayıt» - «Qəbələ» matçının vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında XI turun oyun cədvəli açıqlanıb. Oktyabrın 28- 30-da keçiriləcək matçların vaxtı və yeri dəqiqləşib.

“Qəbələ” II dövrədəki ilk səfər görüşünü Sumqayıtda keçirəcək. Şəhərin eyniadlı komandası ilə oyunun vaxtı bəlli olub. Turun ikinci günündə baş tutacaq görüş saat 16:00-da başlayacaq. Matç “Kapital Bank Arena” da baş tutacaq. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası

XI tur

29 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”