“Sumqayıt” – “Qəbələ” matçının vaxtı müəyyənləşdi
Xəbərlər / 13 May 2024 | 20:171448
“Sumqayıt” – “Qəbələ” matçının vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında XXXVI turun oyun cədvəli açıqlanıb. Mayın 25-26-da keçiriləcək mövsümün son matçlarının vaxtı və yeri dəqiqləşib.

 

“Qəbələ” çempionatdakı son görüşünü Sumqayıtda keçirəcək. Şəhərin eyniadlı komandası ilə oyunun vaxtı bəlli olub. Turun ilk günündə baş tutacaq görüş saat 19:00-da başlayacaq. Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu baş tutacaq. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Misli Premyer Liqası

XXXVI tur

25 may (şənbə) 

19:00. “Sumqayıt” – “Qəbələ”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu