Topaz Premyer Liqasının XXVIII turunun təyinatları açıqlanıb. Mövsümün sonuncu turunda keçiriləcək görüşlərin hakimləri, hakim-inspektorları və AFFA nümayəndələri bəlli olub. Aprelin 29-da baş tutacaq turda “Qəbələ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Bu matçın təyinatları da müəyyənləşib. Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək. Ona İsgəndər Əliyev və Elşad Abdullayev kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. Matçın AFFA nümayəndəsi Əsgər Əmirəliyev, hakim-inspektoru isə Murad Məmmədov olacaq.
Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” qarşılaşması saat 16:00-da başlayacaq.
Topaz Premyer Liqası
XXVIII tur
29 aprel (şənbə)
16:00. “Sumqayıt” - “Qəbələ”
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Elşad Abdullayev
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt. “Kapital Bank Arena”