«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 23 Oktyabr 2018 | 12:43411
«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında IX turun təyinatları açıqlanıb. İki gün davam edəcək turun görüşlərini idarə edəcək hakimlər, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Oktyabrın 27-də “Sumqayıt”ın qonağı olacaq “Qəbələ”nin oyununa da təyinatlar bəlli olub. Turun ilk gününə təsadüf edəcək matçı Orxan Məmmədov idarə edəcək. “Dalğa Arena”dakı matçın köməkçi hakimləri Mübariz Haşımovla Cavanşir Yusifov, dördüncü hakimi Ramil Əhmədov olacaq. Qarşılaşmaya hakim-inspektor kimi Murad Məmmədov, AFFA nümayəndəsi kimi isə Ramiz Abdullayev təyinat alıb.

Xatırladaq ki, oktyabrın 27-də keçiriləcək “Sumqayıt” - “Qəbələ” görüşü saat 18:00-da başlayacaq.

Topaz Premyer Liqası

IX tur

27 oktyabr (şənbə)

18:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

“Dalğa Arena”