Topaz Premyer Liqasında son turun təyinatları açıqlanıb. Mayın 11-də keçiriləcək son turun oyunlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Sumqayıt”la səfər matçına təyinatlar da müəyyənləşib. Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq görüşü Rəşad Əhmədov idarə edəcək. Vüqar Bayramov və Qəzənfər Məmmədov köməkçi hakim, Rövşən Rəcəbov dördüncü referi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.
Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” matçı saat 16:00-da başlayacaq.
Topaz Premyer Liqası
XXVIII tur
11 may (şənbə)
16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”