Azərbaycan Premyer Liqasında XIV turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Dekabrın 6-da və 8-də baş tutacaq matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Mövsümün ilk yarısının son turunda “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub. Ayın 8-də keçiriləcək oyunu Vüqar Həsənli idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq matçın hakim-inspektoru Ömər Paşayev, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” görüşü saat 15:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
8 dekabr (bazar)
15:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”