«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 28 Noyabr 2020 | 23:48182
«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XI turun üç oyunu üçün bütün təyinatlar açıqlanıb. Noyabrın 29-30-da baş tutacaq matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub. Ayın 30-da keçiriləcək oyunu Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynovla Eyyub İbrahimov olacaq. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq matçın hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Asif Əliyev olacaq.

Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.

 Azərbaycan Premyer Liqası

XI tur

30 noyabr (bazar ertəsi)

16:00. "Sumqayıt" - "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Asif Əliyev

"Kapital Bank Arena"