«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 15 Aprel 2021 | 23:14146
«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XXIII turun ilk oyun gününün bütün təyinatları açıqlanıb. Sabah baş tutacaq matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub.  “Kapital Bank Arena”dakı qarşılaşmanı Vüqar Həsənli idarə edəcək. Onun köməkçiləri Cavanşir Yusifovla Nahid Əliyev olacaq. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov

yerinə yetirəcək. Matçın hakim-inspektoru Ömər Paşayev, AFFA nümayəndəsi Ramiz Mustafayev olacaq.

Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” görüşü saat 20:15-də başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XXIII tur

16 aprel (cümə)

20:15. “Sumqayıt” –“Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Kapital Bank Arena”