Azərbaycan Premyer Liqasında V turun ikinci oyun gününün bütün təyinatları açıqlanıb. Sabah baş tutacaq matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub. “Kapital Bank Arena”dakı qarşılaşmanı Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Matçın hakim-inspektoru Feyzulla Feyzullayev, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” görüşü saat 19:15-də başlayacaq.
Azərbaycan Premyer Liqası
V tur
26 sentyabr (bazar)
19:15. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”