Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb. “Sumqayıt” – “Qəbələ” matçının da hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub. Fevralın 2-də baş tutacaq görüşü Rauf Cabarov idarə edəcək.
Xatırladaq ki, matç Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, ilk oyun
2 fevral (çərşənbə)
19:15. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Kapital Bank Arena”