Azərbaycan Premyer Liqasında XVII turun bütün təyinatları açıqlanıb. İki gün ərzində keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub. “Kapital Bank Arena”dakı qarşılaşmanı Vüqar Həsənli idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimovla Rəhman İmami olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Xatırladaq ki, fevralın 27-də baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü saat 19:15-də başlayacaq.
Azərbaycan Premyer Liqası
XVII tur
27 fevral (bazar)
19:15. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”