«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 26 Noyabr 2022 | 14:471663
«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XV turun bütün təyinatları açıqlanıb. Üç gün ərzində keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub. “Kapital Bank Arena”dakı qarşılaşmanı Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. 

Xatırladaq ki, noyabrın 29-da baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.

 

Misli Premyer Liqası

XV tur

29 noyabr (çərşənbə axşamı)

16:30. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elman Musayev

“Kapital Bank Arena”