«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 20 Aprel 2023 | 15:481473
«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXXI turun bütün təyinatları açıqlanıb. Üç gün ərzində keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub. “Kapital Bank Arena”dakı qarşılaşmanı Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalovla Eyyub İbrahimov olacaq. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. 

Xatırladaq ki, aprelin 23-də baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü saat 18:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XXXI tur

23 aprel (bazar)

18:00. “Sumqayıt”– “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Kapital Bank Arena”