«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 27 Oktyabr 2023 | 20:211625
«Sumqayıt» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XI turun bütün təyinatları açıqlanıb. Üç gün ərzində keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub. “Kapital Bank Arena”dakı qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. Onun köməkçiləri Rahil Ramazanovla Rəhman İmami olacaqlar. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək. 

Xatırladaq ki, oktyabrın 29-da baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XI tur

29 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Kapital Bank Arena”