Misli Premyer Liqasında XXI turun təyinatları açıqlanıb.
“Sumqayıt” – “Qəbələ” oyununun baş hakimi Fərid Hacıyev olacaq. Ona Rəhman İmami və Tərlan Talıbzadə kömək edəcəklər.
İslam Məmmədov dördüncü hakim, Cavid Cəlilov VAR, Eyyub İbrahimov AVAR funksiyasını yerinə yetirəcək. İmanxan Sultani hakim-inspektor, Eldəniz Musayev AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, fevralın 20-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.