Misli Premyer Liqasında XXVIII turun təyinatları açıqlanıb.
“Sumqayıt” – “Qəbələ” matçının baş hakimi Vüqar Həsənli olacaq. Ona Teymur Teymurov və Tərlan Talıbzadə kömək edəcəklər.
Rəvan Həmzəzadə dördüncü hakim, Kamranbəy Rəhimov VAR, Əkbər Əhmədov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Feyzulla Feyzullayev, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.
Qeyd edək ki, aprelin 19-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.