“Sumqayıt” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 8 Oktyabr 2026 | 15:1840
“Sumqayıt” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında VII turun təyinatları açıqlanıb.

 

“Sumqayıt” – “Qəbələ” oyununun baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Cəmil Quliyev və Kərim Zeynalov kömək edəcək.

 

Mahmud Bağırzadə dördüncü hakim, Əliyar Ağayev VAR, Zeynal Zeynalov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Anar Şixəliyev olacaq.

 

Qeyd edək ki, oktyabrın 10-da “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşma saat 19:30-da başlayacaq.