«Sumqayıt» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 22 Yanvar 2022 | 20:56193
«Sumqayıt» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb. Fevralın 1-2-də baş tutacaq matçların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Sumqayıt”la səfərdə keçirəcəyi ilk oyunun da vaxtı bəlli olub. Fevralın 2-də “Kapital Bank Arena”da keçiriləcək görüş saat 19:15-də başlayacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

2 fevral (çərşənbə)

19:15. “Sumqayıt” – “Qəbələ”

“Kapital Bank Arena”