«Sumqayıt» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 20 Fevral 2022 | 20:05375
«Sumqayıt» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli açıqlanıb. İki günü əhatə edəcək turun matçlarının yeri və vaxtı dəqiqləşib. “Qəbələ”nin fevralın 27-də “Sumqayıt”la keçiriləcək səfər qarşılaşması saat 19:15-də başlayacaq. Görüş Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda baş tutacaq. Matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası

XVII tur

27 fevral (bazar)

19:15. “Sumqayıt” – “Qəbələ”

“Kapital Bank Arena”