Misli Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb. Üç günü əhatə edəcək turun matçlarının yeri və vaxtı dəqiqləşib. “Qəbələ”nin noyabrın 29-da “Sumqayıt”la keçiriləcək səfər qarşılaşması saat 19:00-da başlayacaq. Görüş Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda baş tutacaq. Matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XV tur
29 noyabr (çərşənbə axşamı)
19:00. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”