Sumqayıtda 2 qol
Xəbərlər / 16 Aprel 2021 | 22:17192
Sumqayıtda 2 qol

“Sumqayıt” – “Qəbələ” – 2:0

16 aprel 2021. Saat 20:15. “Kapital Bank Arena”, tamaşaçısız

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Nahid Əliyev

Dördüncü hakim: Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Sarı vərəqələr: Tellur Mütəllimov, 45+3 (hakimin qərarına etiraz); Vurğun Hüseynov, 49 (qeyri-idman hərəkəti); Əli Qurbani, 59 (qeyri-idman hərəkəti) // Kamal Mirzəyev, 46 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 54 (qeyri-idman hərəkəti); Murad Musayev, 63 (qeyri-idman hərəkəti)

Qollar: Rəhim Sadıxov, 66; Əli Qurbani, 75

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 3 dəq.

 

Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. İlk oyun günü Sumqayıtda yekunlaşıb. “Qəbələ” “Kapital Bank Arena”dakı səfər matçında “Sumqayıt”ın qonağı olub. “Qırmızı-qaralar”ın start heyətində ötən turla müqayisədə iki dəyişiklik edilib. Murad Musayev və Nikolas Raysel “11-lik”də Ehtiram Şahverdiyevlə Ceyms Adeniyini əvəzləyib.

İlk yarı qarşılıqlı hücumlarla başlayıb. Daha fəal təsir bağışlayan meydan sahibləri ərazi üstünlüyünə yiyələnib. Amma “Qəbələ”nin müdafiəçiləri və qapıçı etibarlı oyun nümayiş etdirib. “Qırmızı-qaralar” da bir neçə dəfə rəqib qapısı önündə real təhlükə yaradıb. Rövlan Muradovun zərbəsini müdafiəçi zərərsizləşdiribsə, Nikolas Rayselin fərqlənməsinə qapıçının inamlı oyunu mane olub. Az keçməmiş Rüfət Əhmədovun uzaq zərbəsindən sonra top dirəyin yanından keçib. İlk yarının sonlarında zədə səbəbindən matçı davam etdirə bilməyən Asif Məmmədov əvəzlənib.

İkinci hissəyə “Qəbələ” daha fəal başlayıb. Rövlan Muradovun yaxın məsafədən zərbəsində dəqiqlik çatmayıb. Sonradan komandalar qarşılıqlı hücumlar təşkil etsə də, müdafiə xəttini yarmaqda çətinlik çəkiblər. Lakin tədricən üstünlüyə yiyələnən meydan sahibləri hissənin ortalarında iki qol vurub. Rəhim Sadıxov və Əli Qurbaninin 10 dəqiqəyə vurduğu iki top sumqayıtlılara qələbə qazandırıb. Buraxılan qollardan sonra “Qəbələ” oyunda dönüş yaratmağa çalışsa da, futbolçuların səyləri bəhrəsini verməyib. Final fitinə 2 dəqiqə qalmış komandamız fərqlənməyə yaxın olsa da, rəqib qolkiper hesabın dəyişməsinə əngəl olub. Beləliklə, “qırmızı-qaralar” səfər matçında 0:2 hesabı ilə məğlub olub.

 

“Sumqayıt”

1. Mehdi Cənnətov

97. Xəyal Nəcəfov

(20. Rüfət Abdullazadə, 71)

14. Elvin Bədəlov

6. Vüqar Mustafayev (k)

10. Rəhim Sadıxov

60. Elvin Məmmədov

7. Tellur Mütəllimov

5. Camaləddin Xocaniyazov

(3. Vurğun Hüseynov, 9)

9. Əli Qurbani

(11. Mehdi Şərifi, 78)

4. Höccət Haqverdi

18. Süleyman Əhmədov

 

Ehtiyat oyunçular:

 

13. Aydın Bayramov

71. Hüseynəli Quliyev

33. Eltun Turabov

22. Cavid İmamverdiyev

78. Dmitro Nağıyev

21. Cabir Əmirli

17. Murad Xaçayev

30. Nəbi Məmmədov

8. Səbuhi Abdullazadə

 

Baş məşqçi: Ayxan Abbasov

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(70. Ülvi İsgəndərov, 40)

28. Murad Musayev

6. Kamal Mirzəyev

32. Nikolas Raysel

(74. Yusif Nəbiyev, 74)

13. Yurgen Qoxa

(9. Ehtiram Şahverdiyev, 71)

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

10. Rövlan Muradov

71. Rüfət Əhmədov

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

14. Cavid Hüseynov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

27. Mehrac Baxşalı

 

Baş məşqçi: Elmar Baxşıyev