Sumqayıtda qolsuz sülh
Xəbərlər / 26 Sentyabr 2021 | 21:43172
Sumqayıtda qolsuz sülh

“Sumqayıt” – “Qəbələ” – 0:0

26 sentyabr 2021. Saat 19:15. “Kapital Bank Arena”, 400 tamaşaçı

Baş hakim:  Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Rövşən Rəcəbov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Höccət Haqverdi, 45+2 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 50 (qeyri-idman hərəkəti) // Urfan Abbasov, 35 (qeyri-idman hərəkəti); Stefan Vukçeviç, 85 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 87 (tələb olunan məsafəyə riayət edilməməsi); Ruan Renato, 90+1 (qeyri-idman hərəkəti)

Qol: yoxdur

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 2 dəq.

 

Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Turun son qarşılaşması Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutub. “Qəbələ” “Sumqayıt”ın qonağı olub. Ötən turla müqayisədə “qırmızı-qaralar” matça bir dəyişikliklə başlayıb. Zədəli Yaovi Akakponun yoxluğunda Elmar Baxşıyev Omar Haniyə start heyətində şans verib.

Komandalar oyuna “Əsrə bərabər bir il! 27 sentyabr – zəfər tariximizin başlanğıcı!” banneri ilə çıxıb. Görüşə fəal başlayan komandalar qarşılıqlı hücumlar təşkil edib. Ardınca ərazi üstünlüyünü ələ alan meydan sahibləri daha çox topa nəzarət edib. Bir neçə dəfə qapıçı Nicat Mehbalıyev, digər epizodlarda isə müdafiəçilər rəqibin fərqlənməsinə mane olub. “Qəbələ” də bir neçə dəfə rəqib qapısı önündə real təhlükə yaradıb. Stefan Vukçeviçin zərbəsini qapıçı dəf edib. Cərimə meydanına qədər irəliləyən Omar Hani isə hücumu zərbə ilə tamamlaya bilməyib.

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Meydan sahibləri cüzi üstünlüyə malik olub. Qarşılıqlı hücumlar təşkil edən komandalar real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Hissənin ortalarında Ülvi İsgəndərov əlverişli imkan əldə etsə də, hesabı aça bilməyib. Görüşün sonlarında fəallığı artıran komandalar ardıcıl qol imkanları əldə edib. Rafael Utziq iki dəfə fərqlənməyə yaxın olsa da, braziliyalı bu imkanları boşa verib. Nicat Mehbalıyev də rəqibin fərqlənməsinə mane olub. Beləliklə, Sumqayıtdakı qarşılaşma qolsuz sülhlə başa çatıb.

 

“Sumqayıt”

13. Aydın Bayramov

17. Murad Xaçayev

14. Elvin Bədəlov

(33. Eltun Turabov, 20)

6. Vüqar Mustafayev (k)

10. Rəhim Sadıxov

7. Tellur Mütəllimov

2. Dmitro Nağıyev

4. Höccət Haqverdi

5. Camaləddin Xocaniyazov

23. Səid Rza

(19. Xəzər Mahmudov, 82)

11. Rüfət Abdullazadə

(8. Səbuhi Abdullazadə, 70)

 

Ehtiyat oyunçular:

 

1. Tərlan Əhmədli

71. Hüseynəli Quliyev

3. Vurğun Hüseynov

18. Süleyman Əhmədov

30. Nəbi Məmmədov

60. Elvin Məmmədov

74. Yusif Nəbiyev

20. Roman Hüseynov

27. Nihad Ağayev

 

Baş məşqçi: Ayxan Abbasov

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

11. Asif Məmmədov (k)

(7. Ehtiram Şahverdiyev, 70)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

(14. Ülvi İsgəndərov, 63)

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

6. Kamal Mirzəyev

77. Emil Səfərov

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev