Taekvondoçulardan 12 medal
Xəbərlər / 8 Fevral 2016 | 18:07239
Taekvondoçulardan 12 medal

Göyçayda taekvondo üzrə yeniyetmə və kadetlər arasında turnir keçirilib. Mükafatlar uğrunda 10 klubu təmsil edən 150 idmançı mübarizə aparıb. “Qəbələ” İdman Klubu yarışda 19 taekvondoçu ilə təmsil olunub. Səbuhi İsmayılovun məşqçisi olduğu komandamız turnirdə 12 medal qazanıb. Saleh Məmmədov (27 kq) və Elvin Əhmədov (33 kq) kadetlərin yarışında bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kənan Cəfər (27 kq) və Elnur Əzizov (33 kq) yalnız finalda məğlub olaraq, gümüş medala yiyələniblər. Ülvi Musayevlə (25 kq) Aqil Rəşidov (21 kq) yarışı 3-cü yerdə başa vurublar. Yeniyetmə taekvondoçuların yarışında Nərmin Şirinova (37 kq) hamıdan güclü olub. Qüdrət Cəfərov (33 kq) 2-ci, (33 kq), Ravil Kişmişov (41 kq), Elçin Əhmədov (41 kq) və Qinyaz Kərimov (49 kq) turniri 3-cü pillədə başa vurublar.